Əliyev İrana səsləndi, Kreml Zelenskinin ölüm fətvasını verdi – Modern.az-ın icmalı

Aprelin 3-də Prezident İlham Əliyevin Şuşadakı çıxışı və Qarabağdan vacib mesajlar verməsi, Mərkəzi Bankın uçot dərəcələri ilə bağlı qərarı, Kremlə PUA ilə hücum və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Dünən Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib və vacib açıqlamalar verib.

 

Prezident bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi: “Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər”. Dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: “Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq”.

 

Dövlət başçısı deyib ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi: “Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər”. Prezident, həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi.

 

Prezident çıxışında İranla bağlı vacib açıqlamalar verib. “Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar”, – İlham Əliyev deyib.

 

Prezident onu da bildirib ki, səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi: “Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər”.

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.

 

Məlumata görə, mart ayında illik inflyasiya 13.6% təşkil edib. Bu isə ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.

 

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak edib. İclasda ümumilikdə 4 mövzu müzakirə edilib.

 

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Mayın 3-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, 95 dərmanın qiyməti təsdiqlənib.

 

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb. Əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib. Sallivan deyib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla nəticələnməsində maraqlıdır.

 

Ermənistan parlamentinin sədri Alen Simonyan Ankaraya səfəri çərçivəsində Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşəcək.

 

Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Ukrayna gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib. İddiaya görə, Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən 2 PUA-nı sıradan çıxarıb, xəsarət alan olmayıb. Moskva hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev Ukraynanın Kremlə “hücumda” əli olmadığını bildirib. Zelenski ölkəsinin Kremlə hücumlarda iştirak etmədiyini diqqətə çatdırıb. Blinken isə Kremlə pilotsuz uçuş aparatı ilə hücumla bağlı şərh verməyə hazır olmadığını bildirib.

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücuma cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu qeyd edib.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub. Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib. Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.

 

Türkiyənin xarici işlər naziri Çavuşoğlu Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlamalar verib. Nazir bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində səmimiyyət nümayiş etdirir. “Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, – deyə XİN başçısı vurğulayıb.

 

Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyaya səfər edib. O, səfər çərçivəsində bu ölkədən olan həmkarı Sauli Niinistö ilə görüş keçirib. Bundan başqa Ukrayna liderinin Almaniyaya gedəcəyi barədə xəbər yayılıb.

 

ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini açıqlayıb. Yeni yardım paketinin ümumi dəyəri 300 milyon dollardır.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Deputatdan Şərbətovun Hacı Şahinin yerinə gətirilməsinə ETİRAZ

ABŞ Sibiri ələ keçirmək arzusundadır – Patruşevdən İDDİA

Avropada quraqlıq və su çatışmazlığı TƏHLÜKƏSİ

Fransalı siyasətçi Azərbaycana görə XİN başçısına ETİRAZ ETDİ

PKK tərəfdarları türk seçicilərə hücum etdi – Azyaşlı yaralandı (VİDEO)

Türkiyədə prezidentliyə namizəd Azərbaycan mahnısı oxudu – VİDEO

Uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur – Baş bankir

Sülhün açarı… – ABŞ-dan Cənubi Qafqazla bağlı vacib açıqlama

Dövlət Proqramı kağız üzərində qalır – Ekspert həyəcan təbili çaldı

Subaylar da himayədar ailə ola BİLƏR

Xəstəliyə görə pensiya alanlara kredit qadağası QOYULUB?

“Trendyol”dan Azərbaycan vətəndaşları üçün YENİLİK

Zaxarovadan Vaşinqton görüşünə REAKSİYA – Artıq danışmışıq…

İlham Əliyev Vaşinqton görüşündən DANIŞDI: Mənasız olduğunu başa düşdülər

Laçında gömrük postunun qurulmasına hazırlıq gedir

Ərdoğan yeni helikopterə “NƏFƏS” verdi

Əgər Ermənistan konstruktiv olmasa… – Əliyevdən mühüm mesaj

Avropanın enerji xəritəsi: Azərbaycanın pulu da artır, gücü də…

İyunun 1-də sənəd imzalansa, çox sevinərəm – Paşinyan

Türkiyə seçkiləri: 1 milyondan çox seçici səs verib

Prokuror İlkin Süleymanova 20 il cəza istədi

İrandakı səfirliyimizə hücumun yeni GÖRÜNTÜLƏRİ

İranda hər kəs anlamalıdır ki… – Əliyev xəbərdarlıq etdi

Mənbə

Share: