Əliyevin tələbi icra edilir: erməni silahlıları çıxır – Təcili

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistandan Qarabağa artıq hərbi çağırışçılar olmayacaq”, – deyə erməni mediasına müsahibəsində bildirib.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirmiş və bunun nəticələri olacağını elan etmişdi.

Share: