Əməliyyatlar ən yaxın zamanda başlayacaq

Əməliyyatlar ən yaxın zamanda başlayacaq

Erməni mətbuatında və ictimai dairələrində guya Azərbaycan ordusunun Qarabağa qoşun yığması ilə bağlı məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan ordusunun Qarabağ ərazisinə qoşun yığması ilə bağlı məlumatlar ermənilərin dezinformasiyasından ibarətdir.

 

“Onların gözündə hərəkət edən hər bir vasitə Azərbaycan ordusunun hərbi texnikasıdır. Bizim təbii ki, həmin ərazilərdə müəyyən qədər qüvvəmiz var. Onlar əvvəl də orada olublar. Zərurət olduğu zaman da yerdəyişmələr olur”. 

 

Ə.Verdiyev vurğulayıb ki, erməni tərəfi Qarabağdan silahlı dəstələrin çıxarılması, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi, əhalimizin öz torpaqlarına qayıtmaması Azərbaycanın səbrini daşırda bilər:

 

“Həmçinin, son zamanlar separatçıların təxribatlar törətməsi də əməliyyatların başlamasına gətirib çıxarmaq ehtimalı var. Məncə, Azərbaycan erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün çox da genişmiqayaslı olmayan əməliyyatlara başlaya bilər. Zərurət yaranarsa, əməliyyatların genişlənməsinə də şahid ola bilərik. Bildiyimiz kimi Qazaxın 7 və Naxçıvanın bir kəndi hələ də işğal altındadır. Ermənistanın isə imzaladıği kapitulasiya aktı hələ də qüvvədədir. Azərbaycan ordusu Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün addımlar atmağa tam hazırdır. Qeyd etmək istəyirəm ki, əməliyyatlar mümkün ən yaxın zamanda başlayacaq. Əgər Ermənistan müqavimət göstərsə, əməliyyatlar Zəngəzur dəhlizinə qədər gənişlənə bilər”.

Mənbə

Share: