Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşməkdən məmnun oldum.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısının müavini Əminə Cabbar tviter səhifəsində paylaşım edib.
“Krım Platforması Sammiti və sülh formulu hazırlıqlarını müzakirə etdik. Ədalətli və qalıcı sülhü yenidən təsis etmək məqsədilə təşəbbüslərimizin Azərbaycan tərəfindən dəstəklənməsinə güvənirik”, – o qeyd edib.