Böyük Britaniyanın kibertəhlükəsizlik milli mərkəzi internet istifadəçilərinin ən çox oğurluğa məruz qaldığı parolların reytinqini tərtib edib. Təşkilatın saytında siyahı təqdim olunub.
Ən etibarısız parol “123456” sayılır. Böyük Britaniyada 23,2 milyon internet istifadəçisi bundan istifadə edir. Bunun ardınca “123456789”, “qwerty”, “password” və “1111111” gəlir.
Britaniyalılar parol qoyarkən adlardan da çox istifadə edir. 432 min adam “ashley” paroluna üstünlük verib. Bundan başqa, futbol klublarının, musiqi qruplarının, komiks qəhrəmanlarının adları da çoxluq təşkil edib.
Mütəxəssislər beş ildir ardıcıl “123456” formatını ən pis parol adlandırır. Nə qədər xəbərdarlıq olunsa da, bu, populyarlığını itirmir. 2017-ci ildə araşdırma göstərmişdi ki, internet istifadəçilərinin 17 faizi bu paroldan istifadə edir./Bizimyol.info