Ən təhlükəli xərçəng növü hansıdır? Ondan necə qorunmalı?

Mədəaltı vəzi xərçəngi dünya onkoloqların ən böyük problemidir.

Müalicəyə çox çətinliklə tabe olan, sürətlə yayılan, hiyləgər və təhlükəli mədəaltı vəzi xərçəngi adətən gecikmiş mərhələlərdə aşkar olunur. Xəstələrin 28% diaqnoz qoyulduqdan sonra 1-ci il ərzində vəfat edir və yalnız 7%-i 5 ildən çox yaşayır.

İldən ilə mədəaltı vəzi xərçənginin artması müşahidə olunur.

Saglamolun.az bildirir ki, mütəxəssislər bu xərçəng növünün əsas risk faktorlarını belə sıralayır:

1. Ziyanlı vərdişlər (siqaret çəkmək və spirtli içkilərin qəbulu

2. Düzgün olmayan qidalanma (yağlı qidaların, ət və piyin qidalanmada çox olması

3. Piylənmə

4. Xroniki pankreatit (mədəaltı vəzinin xroniki iltihabı)

5. Şəkərli diabet. Almaniya alimləri sübut edir ki, şəkərli diabet hətta mədəaltı vəzinin ilkin mərhələsi kimi meydana çıxa bilər.

6. İrsiyyət.

Mədəaltı vəzi ilkin mərhələlərdə özünü heç bir simptomla büruzə vermir. Lakin mütəxəssislər keçməyən bel ağrılarına fikir verməyi tövsiyə edirlər. Bu simptom mədəaltı vəzinin inkişafından xəbər verə bilər.

Xəstəlik inkişaf etdikcə xəstədə qarının yuxarı hissəsində ağrılar və sıxılma hissi, iştahanın azalması, arıqlama, sarılıq kimi simptomlar meydana çıxır.

Share: