
Goranboy şəhər ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Zəhra Cavid qızı Babayeva çox saylı bıçaq xəsarəti alaraq qətlə yetirilib.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs, onun həyat yoldaşı – 1993-cü il təvəllüdlü Naxçıvan MR Kəngərli rayon sakini, Bəbir İntiqam oğlu Həsənlidir. O, könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurublar. Mübahisəyə qadının boşanmaq istəməsi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.