Ərdoğan Əsədlə görüşün anonsunu verdi

Ərdoğan Əsədlə görüşün anonsunu verdi

“Liderlər olaraq görüşək”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Hazırda Suriya-Türkiyə-Rusiya üçlüsü olaraq addım atmaq istəyirik. Bunun üçün də əvvəlcə kəşfiyyat təşkilatlarımız, sonra müdafiə nazirlərimiz, xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra istəyirik ki, liderlər olaraq görüşək. Bunu cənab Putinə təklif eləmişəm, o da müsbət baxıb”, – deyə Ərdoğan söyləyib.

Mənbə

Share: