Fransanın nüfuzlu “Le Monde” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında diqqətçəkən təhlil yazısı dərc edib.
Modern.az xəbər verir ki, yazıda Ərdoğan haqqında müsbət fikirlər yer alıb.
Yazıda Prezident Ərdoğanın tükənməz enerjisinə diqqət çəkilib.
“Tükənməz enerji sahibi Rəcəb Tayyib Ərdoğanın ən mühüm istedadlarından biri də böhranları siyasi uğura çevirmək bacarığıdır. Prezident Ərdoğan dindar demokrat olan ABŞ prezidenti Corc Buşu, özünü İslam dünyasına pəncərə kimi görən Barak Obamanı və iş adamı Donald Trampı öz “xəttinə”çəkə bilib”, – nəşr yazıb
Sözügedən yazıda 400 milyona yaxın insanın aclıqdan məhz Ərdoğanın sayəsində xilas olunduğu diqqətə çatdırılıb.
“Ərdoğan misilsiz özünəinamla Rusiya-Ukrayna müharibəsinə görə, yaranmış taxıl problemini həll edib. O, bununla 400 milyon insan aclıqdan xilas edib”, – Fransa qazeti Türkiyə liderinin fəaliyyətini yüksək qiymətləndirib.