Ərdoğan Baydenlə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay amerikalı həmkarı Co Baydenlə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Baydenlə görüş Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tuta bilər.

 

Alyansın sammiti iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək.

Mənbə

Share: