Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın parlament sədri Vejdi Raşidovu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının rəsmi saytında məlumat yayılıb.
Görüş Raşidovun Türkiyəyə səfəri çərçivəsində gerçəkləşdirilib.
Qeyd edək ki, Bolqarıstan parlamentinin spikeri dünən türkiyəli həmkarı Mustafa Şentop, eləcə də Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə də görüşmüşdü.