Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib.

 

Modern.az xəbər verir ki, qərar “Rəsmi Qəzet”də dərc olunub.

 

Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.

Mənbə

Share: