Sabah Türkiyə hökuməti növbəti toplantısını keçirəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ənənəvi olaraq, iclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Məlumata görə, toplantıda əsas müzakirə mövzusunun İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesi olacağı gözlənilir.
Həmçinin bildirilib ki, seçkilər məsələsi və bir sıra iqtisadi mövzular da müzakirə ediləcək.