Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeş milli komandasını Qətərdə keçirilən Dünya Çempionatın yarımfinal mərhələsinə çıxması münasibəti ilə təbrik edib.
Modern.az xəbər verir ki, Ərdoğan sosial media hesabında yazıb:
“Dünya Çempionatında yarımfinala yüksələn ilk Afrika komandası olan Mərakeş millisini ürəkdən təbrik edirəm. Bütün mərakeşli qardaşlarımızı bu uğura görə təbrik edirəm”.
Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib. Komanda dünya çempionatları tarixində yarımfinala yüksələn ilk Afrika təmsilçisi olub.