
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mədən partlayışı baş verən Bartinə gedib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, Bartində baş verən mədən faciəsi ilə bağlı açıqlama verən prezident Ərdoğan hadisənin bütün ölçüləri ilə araşdırılacağını bildirib.
Ərdoğan həyatını itirən mədənçilərin ailələrinə başsağlığı verib.