
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb.
Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirə aparılıb.
Ərdoğan Nova Kaxkova su anbarının vurulmasını araşdırmaq üçün komissiya yaratmağı təklif edib.