Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Millətin Səsi.az xəbər verir ki, prezidentlər telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsini və regional məsələləri müzakirə ediblər.
Bundan əlavə, Rusiyanın taxıl sazişindən çıxmasına dair fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayacaq.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Taxıl sazişinin həlli ilə bağlı Ankara səylərini davam etdirir. Ukraynada müharibə davam etsə də, iki ölkə arasında etimad mühitinin yaradılması istiqamətində işlər görülür”,- XİN başçısı bildirib.
Liderlər arasında danışıqların vaxtı hələlik məlum deyil.