Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkə müxalifətini tənqid edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bəzi müxalif qüvvələrin Qarabağ mövzusunda hakim partiyaya qarşı çıxdığını bildirib.
“Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var”, – deyə Türkiyə prezidenti söyləyib.
Qeyd edək ki, II Qarabağ müharibəsi zamanı Türkiyə parlamentində Azərbaycana dəstəklə bağlı imzalanan ortaq bəyanata AKP, MHP, həmçinin müxalif partiyalar olan CHP və İYİ Partiya imza atsa da, Xalqların Demokratik Partiyası (HDP) bundan imtina etmişdi.