
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti barədə əhaliyə məlumat verib.
Modern.az xəbər verir ki, bu barədə o, TEKNOFEST zamanı danışıb.
Ərdoğan CNN-in jurnalistinə açıqlamasında özünü yaxşı hiss etdiyini və gümrah olduğunu bildirib: “Allaha şükür, yaxşıyam”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. “Kanal 7” və “Ülke TV” kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib.