
Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik.
Modern.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, seçkidən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.
Onun sözlərinə görə, yeni konstitusiya Türkiyənin yaradılmasının 100-cü ildönümündə ən önəmli hədəflərindən biri olacaq.
“Yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək”, – Ərdoğan vurğulayıb.