Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılmasını şəxsən koordinasiya edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı görülən axtarış-xilasetmə işlərini və digər fəaliyyətləri şəxsən koordinasiya edəcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, Fövqəladə Halların İdarə Olunması Agentliyinin
(AFAD) mərkəzi idarəsinə gedib.

 

Açıqlamaya görə, AFAD-ın depolarındakı bütün potensialdan istifadə olunmağa başlanıb. 9 region üzrə mərkəzlərdən çadırlar və yük maşınları zəlzələ bölgəsinə çatdırılmaqdadır.

 

Həmçinin bütün vətəndaşlar qan verməyə dəvət olunub.

Mənbə

Share: