Ərdoğan Zəngəzurdan danışdı – “İqtisadiyyat zirvəyə çatacaq”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi barədə danışıb.

Milletinsesi.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Zəngəzur dəhlizininin açılmasının bölgə iqtisadiyyatına müsbət təsir edəcəyini vurğulayıb.

“Sərhəd şəhərimiz olan Ağrı dünənə qədər terrorun və şərqdən gələcək təhdidlərin kölgəsində yaşayırdı, amma bu gün gələcəyə ümidlə baxmağıma səbəb olan hadisələrin ünvanına çevrilib. Çünki Ağrı ölkəmizdən Qafqazlara, Orta Asiyaya, Cənubi Asiyaya və Çinə qədər uzanan böyük potensialın tam mərkəzində yerləşir. Zəngəzur marşrutunun da açılması ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi zirəvəyə çıxacaq. Təbii ki, bunun üçün əvvəlcə ölkəmizin təhlükəsizlik və sabitlik şəraitinə, dincliyinə sahib çıxmalıyıq”, – deyə Ərdoğan bəyan edib.

Mənbə

Share: