Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman aləminə müraciət edib.
Modern.az xəbər verir ki, o, bu münasibətlə özünün tviter səhifəsində paylaşım edib.
“Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”, – o qeyd edib.
Ərdoğan Həzrəti Peyğəmbərin nəvəsi İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb.