
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın İsveçdəki aksiyalarla bağlı prokurorluğa müraciət edib.
Modern.az xəbər verir ki, Aydın bu barədə sosial media hesabında məlumat yayıb.
“İsveçin Stokholm şəhərində PKK terror təşkilatı tərəfindən təşkil olunduğu anlaşılan nümayişlərdə prezidentimizi hədəf alan və cinayət tərkibi daşıyan addımlara görə təhqiqatlara başlanması tələbi ilə Ankara Prokurorluğuna müraciət edilib”, – deyə vəkil yazıb.
Qeyd edək ki, Stokholmdakı aksiyada Ərdoğan əleyhinə ifadələr səsləndirilmişdi.