Ərdoğanın yeni hökumətinin “siyahısı” saxta çıxdı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən formalaşdıracağı Nazirlər Kabinetinin kimlərdən ibarət olacağı ilə bağlı sosial şəbəkələrdə yayılan siyahı rezonans doğurub.

Millətin Səsi.az xəbər verir ki, həmin siyahıda bəzi sürpriz adlar yer alıb.

Müzakirə doğuran siyahı ilə bağlı Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi açıqlama yayıb.

“Saxta infoqrafikalarla yayılan “kabinə siyahıları” həqiqətə uyğun deyil, bu cür xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Cəmiyyətin bu cür dezinformasiyalara inanmaması sağlam siyasi mühit üçün olduqca vacibdir”,-rəsmi məlumatda qeyd olunub.

Mənbə

Share: