Ərdoğanla Əsədin görüşü üçün “pərdəarxası diplomatiya” işləyir

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında yaxın vaxtlarda görüş baş tuta bilər, onun təşkili üçün “pərdəarxası diplomatiya” işləyir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarı, hökumət dairələrinə yaxın olan Abdulkadir Selvi yazıb.


Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın oktyabr ayında Rusiyanın Ərdoğanla Əsəd arasında görüşə vasitəçilik təklifi etdiyini bildirib.

Ərdoğanın özü də noyabrın ortalarında demişdi ki, Ankara bu təklifi yeri gələndə dəyərləndirə bilər, çünki siyasətdə “incimə” yoxdur.

Ərdoğanla Əsəd arasında görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilər.

 

“Prezident Ərdoğan bir neçə dəfə bildirib ki, Əsədlə də görüşə bilər. İki lideri bir araya gətirmək üçün “pərdəarxası diplomatiya” gedir. Düşünürəm ki, bu görüş qısa müddət ərzində baş tutacaq. Ərdoğan deyib: “Misirlə olduğu kimi, Suriya ilə də eyni şey ola bilər. Siyasətdə kin yoxdur”. Prezident dialoq üçün qapını açıq saxlayır”, – deyə Selvi yazıb.

Mənbə

Share: