Əri onu hamilə halda döyüb küçəyə atdı, kliniki ölüm keçirib morqda qaldı…

Bütün bu musiqi təhsilləri ilə kifayətlənməyən Roza Zərgərli İncəsənət və Mədəniyyət universitetinin rejissorluq fakultəsinə daxil olub. 2007-ci ildə oranı da fərqlənmə diplomu ilə başa vurub.

2005 və 2015-ci illər ərzində “Adam ol” və “100 kağız” filmlərinə, 2013-cü ildə isə “Tək olanda qorxma” serialına çəkilib.

Müğənni iki dəfə ailə qurub. İlk dəfə 17 yaşında ərə gedib və 21 yaşında boşanıb. 27 yaşında ikinci dəfə ailə həyatı qurub. Lakin onun bu nikahı da uğursuzluqla nəticələnib.

İkisi qız, ikisi oğlan olmaqla dörd övladı, bir nəvəsi var. Yalnız Bənövşə öz doğma qızıdır. Corc və Jerarın atası latviyalıdır, rəhmətə gedib.

 

***

 

O, müsabiqələrinin birində övladlığa uşaq götürdüyü barədə belə deyir:

 

“Mən övladlığa uşaq götürəndə hələ Ancelina Coli bunu etmirdi. Mənim əkiz övladım olub, Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib. Böyük oğlumu setdə görmüşəm. Çox istedadlı gəncdir. Onu görən andan düşündüm ki, bu, mənim oğlumdur. Çünki mənim oğlum sağ qalsaydı belə olardı. Qızım Nətavanı övladlığa götürdüyüm 7 il idi. Ad günü yaxınlaşırdı deyə, hansı hədiyyəni istədiyini soruşdum. O da dedi ki, anamın kim olduğunu, məni niyə atdığını bilmək istəyirəm. Mən o qadını tapdım, rus idi. Onları tanış etdim. Bir gün klip təqdimatından qayıdanda gördüm ki, Natəvan məni atıb, anası ilə gedib. Bu mənim üçün növbəti zərbə oldu. Həmin gündən sənətdən getdim, dostlarımın arasından itdim. Bir gün şəhərdə gəzərkən kiminsə “Mamıçka” deyə səsləndiyini eşitdim. Geriyə dönəndə gördüm ki, qızım və anasıdır. Qeyri-ixtiyarı diz çökdüm. Mənə elə gəldi ki, yer ayrılıb, içərisinə girmişəm. Biz barışdıq, mən onu başa düşdüm.

 

 

Corcla eyni filmə çəkilirdik. Çox xoşuma gəldi. O, bir dəfə bildirdi ki, Roza xanım, mən uşaq evində böyümüşəm. Ona ilk sözüm “Sən mənim oğlumsan” cümləsi oldu. Corcu övladlığa götürəndə bilmirdim ki, qardaşı da var. Bir gün zəng gəldi ki, Corcun anası gəlib yanına və o, xəstə qadındır. Ona kömək edib, xəstəxanaya yerləşdirdim. Ruhi xəstə idi, uşaqlarından başqa heç kimi tanımırdı. Orada öyrəndim ki, Corcun Jerard adlı qardaşı başqa uşaq evində böyüyüb. Oğullarımın anası Leyla mənə dedi ki, səni tanıyıram, müğənnisən, adın da Leyladır. O, bunu mənə deyəndə şoka düşdüm, çünki adımın Leyla olduğunu bilən yox idi. Daha sonra o, dünyasını dəyişdi”.

 

***

 

Roza Zərgərli həyatında bir neçə dəfə ölümlə üzləşib. Bir dəfə o, atası və anası TV-i izləyərkən gizlincə mətbəxə keçib və oradakı qidanı yeyib. Bundan zəhərlənən Roza 9 gün komada qaldıqdan sonra kliniki ölüm keçirib. Morqa aparılıb. Daha sonra atasına xəbər verilib ki, qızınız ölüb. Atası qızının meyitini Tovuza gətirəcəyini deyib.

 

 

Müğənni isə başına gələn hadisəni belə nəql edir:

 

“Həmin qidadan atam da, anam da yemişdi. Onlara heç nə olmamışdı. Ancaq mən zəhərlənmişdim. Yatdığımı xatırlayıram, oyananda isə morqda idim, hər tərəf bəyaz rəngdə idi”.

 

***

 

Roza Zərgərlinin ikinci dəfə ölümlə üzləşməsi isə bacısı və qardaşı ilə eyni avtomobildə qəzaya düşməsi zamanı baş verib. Qardaşı maşın sürərkən Roza əkiz bacısı ilə ön oturacaqda oturmaq üstündə mübahisə edirlər. Amma nəticədə ön sıraya Roza keçib. Yolda isə ağır qəza baş verir. Bu zaman Rozanın arxada olan əkiz bacısı vəfat edir.

 

 

Müğənni bir neçə dəfə ölümdən dönsə də, həyatının sonrakı mərhələlərində intihara təşəbbüs edib. O, termometri qıraraq içərisindəki civəni udur ki, ölsün, amma xoşbəxtlikdən ona heç nə olmur və o, sağ qalır.

 

***

 

Roza xanım qızının atası ilə beş il ailəli olub. Ancaq həyat yoldaşı ilə fikirləri bir-birlərinə uyğun olmadığından ondan ayrılmaq qərarına gəlib. Hətta həyat yoldaşı onu hamilə vəziyyətdə döyərək küçəyə atıb. Bu barədə müğənni deyir:

 

“Səhər 6-da işə gedəndə qapını açanda döşəməyə yıxıldım. Qonşuluqda yaşayan rus qadının köməkliyi məni xəstəxanaya apardılar. Birinci qızım Bənövşəni, sonra oğlumu dünyaya gətirdim. Çoxlu qan itirmişdim. Əməliyyat olundum. Uşaqlar 12 saata dünyaya gəlmişdi. Özümə gələndə dedilər ki, uşağın biri yoxdur. O, cəmi bir neçə saniyə həyatda qala bilmişdi. Dedilər ki, sağ qalmağınız möcüzədir. Üz-gözüm qan içində idi, toz-dərmandan götürüb ağzıma doldurdum. Bir neçə saniyə sonra öləcəkdim, ancaq bu dəfə də alınmadı”.

 

 

Roza Zərgərlinin sözlərinə görə Xalq artisti İlhamə Quliyeva vaxtilə onun sənətə gəlməsinə mane olub:

 

“Vaxtında mənim yolumu kəsən İlhamə Quliyeva olub. Məni görəndə, “canım atəşim” deyirdi, kənarda yolumu kəsirdi. Bunun şahidləri də var. Onunla oxşamıram, çünki sənətə addım atandan hər kəsə əl tutmuşam. Bilirlər ki, sözümün kəsəri var. Danışanda haqqına danışıram. Bir şey məni narahat etmirsə, niyə onun haqqında danışıram? Ona görə də bu günə kimi bu haqda danışmırdım”.

 

***

 

Roza Zərgərli bir neçə bioqrafik romanın müəllifidir. Onun “Sibir çiçəyi” adlı avtobioqrafik romanı 2018-ci ildə “Kaysın Kuliyev” adına ordenə layiq görülüb. Müğənni “Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, “Sarı Arka” jaz festivalının laureatı olub. Bu günə kimi tədbirlərdə təşkil və iştirakına görə 678 fəxri diplomlara layiq görülüb.

 

Mənbə

Share: