“Ərləri sağ olan ərsiz qadınlar…”

Putin ailələri necə bir-birindən ayırır…

 

“Səfərbərlik elan ediləndən sonra Moskvada uşaqların üçdə bir hissəsi atasız qalıb…”

 

“Mən ərimin gedişindən sonra xəstələndim və yalnız bir aydan sonra özümə gəldim…”

 

“Uşaqlar gecələr ağlayırdı, mən dəhşət içində, övladlarım isteriya halında olub…”

 

“Qadınlar ərlərinin sağ qalması üçün onları ölkədən qaçmağa inandırıb, amma özləri tək qalıb və ailəni təkbaşına saxlamalıdır…” 

 

Rusiya hərbçiləri Ukraynanın dağıtmaqla, onun sakinlərini öldürməklə məşğul olduğu zaman çağırışdan qaçan rus kişiləri uzaqdan öz övladlarına nağıl danışmağa,onların həyat yoldaşları isə uşaqlarını təkbaşına tərbiyə etməyə məcburdur.

 

Çağırış yaşında olan minlərlə rusiyalı kişilər ötən ilin payızında Ukraynada müharibəyə səfərbərlik elan ediləndən sonra ailə və övladlarını vətəndə buraxıb xaricə üz otutub. Hazırda onların Rusiyada qalan həyat yoldaşlarına özlərini və övladlarını dolandırmaq üçün hər iki yükü öz üzərinə götürmək lazım gəlir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vesti” nəşri yazıb.

 

34 yaşlı moskvalı Yekaterina Filimonova özünün üç oğlunu velosipedlə məktəbə aparıb gətirir. Bunu əvvəllər əri Yaroslav Leonov edib, amma indi o, xaricdədir.

 

“Mən onun gedişindən bir gün sonra xəstələndim və yalnız bir aydan sonra özümə gəldim”, – o, Fransanın AFR xəbərlər agenyliyinə müsahibəsində etiraf edib.

 

Evini tərk edərək Yaroslav Qazaxıstan sərhədinədək 1500 km gedib, bundan sonra öz velosipedi ilə sərhədi keçib. Hazırda o, Belqrdaddır, oradan ailəsi ilə kompüter vasitəsilə əlaqə yaradaraq gecələr övladlarına nağıllar danışır.

 

Rusiyanı tərk edən kişilərin rəsmi statistikası yoxdur, lakin Moskvanın uşaq bağçalarındakı vəziyyətini müşahidə edərkən, bu qənaətə gəlmək olar ki, uşaqların üçdə biri çağırış elan ediləndən sonra atasız qalıb.

 

Filimonovanın sözlərinə görə, ərinin gedişindən sonra bir ay ən çətin dövr olub. “Uşaqlar gecələr ağlayırdı. Mən dəhşət içindəydim, buna görə də uşaqlar isteriya halına düşürdü. Hansısa məqamda anladım ki, özümü ələ almalı və hərəkət etməliyəm”, – o, deyib.

 

Onun əri Yaroslav hazırda Serbiyanın paytaxtı Belqrad şəhərindədir, bu şəhər Rusiyadan texnoloji şirkətlərin işçiləri üçün cazibə mərkəzinə çevrilib. 

 

Yaroslav proqramçıdır. Onun sözlərinə görə, o, Belqradda Ukraynada müharibə başlanandan tez sonra Rusiyanı tərk etmiş bir yaşlı riyaziyyatçı kişi ilə birlikdə məskunlaşıb. Oradan o, müntəzəm olaraq uşaqları ilə əlaqəyə girib, onlara nağıl danışır.

 

 “Ümid edirəm ki, uşaqlar anlayır ki, ataları hətta uzaqdan olsa belə onları çox sevir”, – Yaroslav deyir.

 

Rusiya hakimiyyəti çağırışın rəsmən bitdiyini bəyan etsə də, o, qayıtmağa tələsmir, bunu mövcud risklərlə və Rusiya hakimiyyətinin texnologiya sahəsinə və, ümumiyyətlə, həyatın bütün sahələrinə getdikcə güclənən nəzarəti ilə izah edir.

 

Analara dəstək mərkəzini yaradan psixoloq Anastasiya Arseniçeva deyib ki, səfərbərlik elan ediləndən sonra ona olan müraciətlərin sayı həddən artıq çoxalıb.

 

Bir tərəfdən, qadınlar öz ərlərini həyatlarını xilas etmək naminə ölkədən qaçmağa inandırıb, digər tərəfdən, tək qalıb və ailəni təkbaşına saxlamalıdır.

 

“Tənha qadına çox ağırdır, – Arseniçeva deyir. – Yükdək texnlogiya işçiləri ailələrini uzaqdan təmin edə bilir, amma ailələri  dolandıran tək ərləri yanında olmayanlar nə etməlidir? Qadın tək və müəmmalı vəziyyətdə qalır”.

 

“32 yaşlı moskvalı Alekdandra kino və reklam sahəsində mütəxəssis olan əri xaricə, Özbəkistana gedəndən sonra 7 yaşlı qızı ilə qalıb, özü öz ailəsini dolandırmağa məcburdur. O, keçmişdə toxuculuğa olan həvəsini yada salıb, çörək pulu qazanır.

 

 “O, gedəndən sonra ailə büdcəsi dağılıb, hər şey mənim üzərimə düşüb”, – qadın şikayət edib. Lakin işgüzar görüş ona uğur gətirib. Yeni ildə toxunma oyuncaqlar üçün çoxlu sifarişlər alıb, hətta bunun öhdəsindən gəlmək üçün özünə köməkçilər götürüb. O, həm də köhnə mebel təmir edib internet vasitəsilə satmaqla da qazanc əldə edir.

 

“Mən özüm məşğulluq nə demək olduğunu unutmuşdum, indi isə başqa seçimim qalmayıb”, – o, deyib. Bu zaman o, Rusiyanı tərk etmək fikrində deyil. “Mən burada bundan sonra da yaşamaq istəyirəm”, – Aleksandra iddia edir.

Mənbə

Share: