Əsgərimiz özünü GÜLLƏLƏDİ

Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

 

Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.

 

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

 

Penitensiar Xidmətdən faktı təsdiq ediblər.

Mənbə

Share: