Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır – VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.

Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Müdafiə nazirinin müvafiq tapşırığına əsasən Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.

Share: