
Müharibə başlayandan indiyədək Rusiya 2500 ukraynalını əsir götürüb.
Modern.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk deyib.
Vereşuk deyib ki, əsirlikdə qalanalrın çoxu qadınlardır:
“İnsanlar əsirlikdə qalır, ən pisi isə orada mülki şəxslər qalır. Söhbət 2500 insandan gedir. Mülki şəxslər dəyişdirilməlidir, qaytarılmalıdır”.