“Əsirliyə düşməyi simulyasiya etmək xainlik və hərbi cinayətdir…”

“Əsirliyə düşməyi simulyasiya etmək xainlik və hərbi cinayətdir…”

Necə düzgün əsir düşmək lazımdır?..

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusiyalılara düzgün əsir düşməyi izah edib

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusiyalı hərbi qulluqçulara müraciət edərək, düzgün əsir düşmək barədə təlimat dərc edib.

 

Dörd dəqiqəlik videoçarxda standart tövsiyələr əks edilib-silahı atmaq, əsir düşmək istəyini ağ bayraqla və ya parça ilə ifadə etmək, verilən komandaları dəqiq və dərhal icra etmək.

 

USQ əlavə edib ki, Ukrayna tərəfi “rus dilini bilir” və xatırladır ki, əsirliyə düşməyi simulyasiya etmək silahlı münaqişələr haqqında Cenevrə Konvensiyasının protokolunda xainlik kimi təfsir edilir və hərbi cinayət sayılır.

 

Xəbər verildiyi kimi, noyabrın 8-də sosial şəbəkələrdə yayılan videokardlarda USQ döyüşçülərinin əsir düşən əsgərlərini güllələdiyi güman edilir. 

 

Videokadrların həqiqiliyi hələlik təsdiq edilməyib. BBC-nin rus xidməti qeyd edib ki, silahı yerə qoyan və təslim olan hərbi əsirin qətli və yaralanmasını hərbi cinayət hesab edilir. 

 

Lakin yalançı təslim olma da müharibənin aparılması qaydalarına ziddir.

 

Ukrayna Baş Prokurorluğu əsir düşən rusiyalı hərbi qulluqçularının həlak olması məsələsini araşdırmağa başlayıb.

 

Kreml “bu cinayəti törədənlərin axtarışı ilə özünün məşğul olacağını” bəyan edib.

Mənbə

Share: