
Tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terrorun əsas günahkarının məhz İran dövləti olduğunu bildirib:
“Dünyada heç bir ölkə İranın düşdüyü duruma düşmək istəməz. Bir ölkənin böyükelçiliyini qapatması ev sahibi ölkə üçün çox böyük bir mesajdır. Bu artıq həmin ölkələr arasındakı diplomatik əlaqələrin tamamən kəsildiyini göstərir və ev sahibinə “öhdəlikləri yerinə yetirmədiyi üçün qapadılmışdır” mesajı verilmiş olur. Bu, Tehranda görəv yapan azərbaycanlı diplomatların can güvənliyi yoxdur anlamı daşıyır. Yəni Şəhid qardaşımız Orxan kimi İrandakı bütün diplomatların da terrorla üz-üz gələ billəcəyi mesajıdır. Bir sözlə, Azərbaycan dövlətinin İrana heç bir güvəni qalmayıb. Bu isə İran adına çox utancvericidir və bu ölkənin çarəsizliyini göstərir. İki ölkə arasındakı mövcud durumun nə anlama gəldiyini keçmiş diplomat olara çox yaxşı anlayıram. Təbrizdəki baş konsulluğun hələ də fəaliyyət göstərməsi fərqli bir şeydir. Konsulluqların yetərli qədər diplomatik statusları yoxdur, yəni səfirliklə eyni şey deyildir. Baş konsulluqlar vətəndaşa yönəlik fəaliyyət aparır, siyasi və diplomatik statusları yoxdur. Ona görə də İran ən qısa vaxtda olayı aydınlatmalı və Azərbaycandan üzr istəməlidir. Baxın, bəzi Avropa ölkələrinin də diplomatlarını da tehrandan təxliyyə etdiyini eşkidirik. Bu gerçəkdən İran üçün çox acınacaqlı bir durumdur. Bu, rəsmi Tehrana biz bu ölkəyə artıq güvənmitik mesajı verməkdir. Azərbaycan İran münasibətlərinin geridə qoyduğumuz 30 ilində heç vaxt belə olay yaşanmayıb. Bu azmış kimi əli qanlı terrorrçunun televiziya qarşısına çıxarılaraq danışdırılması isə Azərbaycana aşkar sataşmaqdır. 8.30-da terror baş verir, polis 20 dəqiqə gecikir, sonra terrorçu televiziya önündə poz verir. Dünyada bu rəzalərin bənzəri yoxdur. Əslində həmin terrorçu deyil, İran dövlətinin özü suçüstü yaxalanmışdır. Baş verənlər İranın dövlət olaraq bu terroru dəstəklədiyini appaçıq ortaya qoyur. İran əksini iddia edirsə, o zaman zəhmət çəksin hər şeyi isbat etsin. Onsuz da İranda son aylar baş verənlərdən sonra artıq İranın bir dövlət olma ünsürlərini əldən verdiyini görürük. İran yetkililərinə bir daha təklif edirəm ki, Şuşa Bəyannaməsini oxusunlar və Azərbaycanın 10 milyon deyil, 95 milyon nüfuza sahib olduğunu unutmasınlar. Unutmasınlar ki, Azərbaycamna qarşı atılan hər cür alçaq hücum Türkiyəyə qarşı törədilmiş sayılır. Türkiyə İranın bu davranışlarını çox yaxından izləyir və bunun nə anlama gəldiyini İran çox yaxşı bilir. Ona görə də İran bütün gücünü ortaya qoyaraq Azərbaycanın təkrar Tehranda böyük elçilik açması üçün üzərinə düşənləri ən qısa zamanda yerinə yetirməlidir. Əks halda onu gözləyəcək durumlara qatlanmaq zorundadır”.