Əvvəlcə əsir götürüldülər, sonra öldürüldülər…

Ukraynada 5 gürcü döyüşçüsü həlak olub.

 

Modern.az xəbər verir ki, onların beşi də Rusiya tərəfinin Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb.

 

Məlumata görə, əsir götürülmüş həmin şəxslər qısa müddət sonra öldürülüb.

 

Bildirilir ki, əsir götürüldükdən sonra öldürülənlər arasında Ukrayna əsgərləri də var. 

 

Həlak olan gürcüstanlı döyüşçülərlə bağlı Gürcüstan Prezidenti Salome Zurabişvili baş sağlığı verib.

Mənbə

Share: