ABŞ-da 31-ci dövriyyədə “Mega Millions” lotereyasının qalibi məlum olub.
Millətin Səsi.az “Euronews”a istinadən xəbər verir ki, Florida ştatının sakini 1.58 milyard dollarlıq cekpotun sahibi olub.
4 aydır davam edən dövriyyələrin sonunda şanslı nömrələr “13, 19, 20, 32, 33, 14” olub.
Qeyd edək ki, ABŞ-ın əksər ştatlarında lotereyadan qazanılan pula böyük məbləğdə vergi tətbiq olunur.