Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.
Report-un məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuz rayonunda qidadan zəhərlənənlərin şəxsiyyəti məlum olub.
Məlumata görə, onlar, 2011-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyeva, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova və 1985-ci il təvəllüdlü Rəşad Əliyevdir.
Onların balıqdan zəhərləndiyi ehtimal olunur.
Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.