1 həftə əvvəl su kanalında batan gəncin meyiti tapıldı

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Abusət Fəxrəddin oğlu Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Share: