10-cu övladı dünyaya gəldi, adını İlham qoydu

Evləri balaca olsada, sevincləri böyükdür.

 

 “Xəzər Xəbər”ə istinadən xəbər veririk ki, Abdullayevlər ailəsinin 10-cu uşağı dünyaya gəlib. Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan bu ailənin indi 6 qız, 4 oğul övladı var. Ailə başçısı Əflan Abdullayev deyir ki, pulla xoşbəxtlik olmur. O, fərdi evlərdə ustalıq edir, qazandığı pulla ailəsini dolandır. Uşaqların anası Gülşən Abdullayeva indiyə qədər 9 uşağa baxıb. Bundan sonra isə 10 uşağın qayğısına qalmalıdır.

 

Yeni doğulan uşağın çəkisinin və sağlamlığının normal olduğu bildirilir.

 

Həkimin sözlərinə görə, yeni doğulan körpənin vəziyyəti kafidir.

 

Daha ətraflı videoda:

 

 

Mənbə

Share: