10-cu sinif şagirdi kanalda batdı

10-cu sinif şagirdi kanalda batdı

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.

Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

Mənbə

Share: