Amerikalı yazıçı Din Kuntsun 1981-ci ildə yazdığı “Qaranlığın gözləri” adlı kitabda Çinin bioloji silah kimi hazırladığı qeyri-adi virusdan bəhs olunur. Virusun adının isə “Uxan-400” – bu gün dünyanı cənginə alan pandemiya ilə oxşar olması məsələnin ən təəccüblü tərəfidir.
2008-ci ildə başqa bir amerikalı yazıçı və medium Silviya Braun tərəfindən qələmə “Günlərin sonu” adlı kitabda isə 2020-ci ildə baş verəcək fəlakələrdən danışılır.
Müəllif kitabın 312-ci səhifəsində bu ifadələrə yer verir:
“2020-ci ildə ağciyərlərə və bronxlara hücum edən və indiyədək müəyyən edilmiş müalicə üsullarının üstündən xətt çəkəcək, sətəlcəmə bənzər xəstəlik dünyanı cənginə alacaq. Xəstəliyin ən qəribə tərəfi gözlənilmədən ortaya çıxması kimi, gözlənilmədən də yox olacağıdır. On il sonra yenidən yayılacaq və tamamilə yox olacaq”./teleqraf