10 yaşlı qız telefonununa enerji ehtiyatı dolduran zaman cərəyəndan öldü

Mordoviyada (Rusiya Federasiyası) 10 yaşlı qız telefonunun enerji ehtiyatının doldurulması zamanı elektrik cərəyanı vurub öldürüb.

RBK xəbər verir ki, bu haqda regionun İstintaq Komitəsi bildirib.

Hadisə sentyabrım 1-də Böyük Berezniki kəndində baş verib.

İstintaq məlumatlarına əsasən, məktəbli telefonu rozetkaya qoşulmuş halda istifadə edib.

Uşağı huşsuz vəziyyətdə tapan anası təcili tibbi yardım çağırıb. Lakin həkimlər qızı həyata qaytara bilməyib.

Hazırda istintaq hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün lazımi əməliyyat tədbirləri görür. (Oxu.az)

Share: