100-dək əlilə avtomobil verildi

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib.

Milletinsesi.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.

Nazir müavini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi möhtəşəm Zəfəri ilə əlamətdar olan 2020-ci ildə ölkəmizdə sosial sahədə də mühüm addımlar atılıb. Sosial müdafiə və aktiv məşğulluq proqramları uğurla davam etdirilib və daha da genişləndirilib.

 

Share: