100-dən çox rusiyalı ABŞ həbsxanalarındadır

100-dən çox Rusiya vətəndaşı Amerika həbsxanalarındadır.

Bunu jurnalistlərə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Nyu-Yorkun Bruklin rayonundakı inzibati həbsxanaya baş çəkdikdən sonra bildirib.

Rusiya səfiri həbsdə olan rusiyalı Anatoli Leqkodımov və Dmitri Ukrainski ilə görüşdən sonra deyib.

“Biz bu təcrübəni – Amerika zindanlarına düşmüş soydaşlarımıza baş çəkmək praktikasını, şübhəsiz ki, davam etdirəcəyik. Biz bu gün Amerika həbsxanasında olan hər kəsi əhatə etməyə çalışacağıq. Bəzi məlumatlara görə isə, bizdə 100-dən çox belə insan var”, – Rusiya diplomatik missiyasının rəhbəri deyib.

Mənbə

Share: