“100 il xoşbəxt necə yaşamalı?”

 

“Uzunömürlülər alkoqoldan mülayim istifadə edilməsini alqışlayır…”

 

“Mütəxəssislər nikbin ovqata köklənməyi və bitki qidasını məsləhət görür…”

 

Ekspertlər uzunömürlülük üzrə 8 qaydaya əməl etməyi, bu zaman həyatın hər anından zövq almağa çağırış edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.

 

“Tez-tez bizə hansı pəhrizin və vərdişlərin sağlam qocalmanın açarı olduğunun deyilməsinə rəğmən, uzunömürlülərə etibar edin. Onların inanılmaz uzun və enerjili həyatı hər şeyi deyir”.

 

Ekspertlərin sözlərinə görə, uzun və xoşbəxt yaşamaq üçün aşağıdakılar vacib və zəruridir:

 

– Nikbin ovqata köklənmək (çoxsaylı uzunömürlülərin yaşadığı “Mavi zona” deyilən yerlərdə alkoqoldan mülayim istifadə edilməsi alqışlanır, lakin bu zaman kompaniya, sosial qarşılıqlı əlaqə bunun mühüm tərkib hissəsidir; nikbin münasibətlər psixi və emosional rifah halına kömək edir). 

 

– Yükdən xilas olmaq (stres sağlamlığa neqativ təsir göstərir, o, nəinki qocalmanı sürətləndirir, həm də immun sistemini zəiflədir və hətta bağırsağa təsir göstərə bilər; stresdən yaxa qurtarmaq mümkün olmasa da, ekspertlər rahat olmağa daha çox zaman ayırmağı tövsiyə edir).

 

– Bitki qidasını qəbul etmək (“Mavi zona” tədqiqatçıları bu nəticəyə gəlib ki, bitki mənşəli zülallara əsaslanan bitki qidası (məsələn, soya, paxla, mərcimək) uzunömürlülükdə mühüm rol oynayır).

 

– 80 faizlik qaydaya əməl etmək (bu qayda yalnız 80 faiz doyanadək yeməyi nəzərdə tutur; “Mavi zona” sakinləri bir qayda olaraq az porsiyalarla, xüsusilə axşamlar qida qəbul edir).

 

– Daha çox hərəkət etmək (fiziki aktivlik daha sağlam həyata kömək edir).

 

– Öz dostlarınızı tapın (insanlara təmaslar və qarşılıqlı əlaqə gərəkdir; sübut edilib ki, sevgi və nikbin sosial qarşılıqlı əlaqə “sevgi hormonu” kimi tanınan oksitosinin ifrazına səbəb olur, bu da əlaqələrin formalaşmasında və stresin azalmasında mühüm rol oynayır).

 

– Yaxınlara üstünlük vermək (ailə və yaxınlarla daha çox zaman keçirmək uzunömürlü həyat üçün açardır).

 

– Öz icmanı yaratmaq (hər kəs özünü özününkü kimi hiss etmək istəyir, uzunömürlülər üçün bu, mənəviyyata və ya şəxsi rifaha maraq deməkdir).

Mənbə

Share: