100 nəfəri öldürmüş mafiya lideri azadlığa buraxıldı

100 nəfəri öldürmüş mafiya lideri azadlığa buraxıldı

Siciliyanın “Koza Nostra” mafiya qruplaşmasının üzvü Covanni Bruska 25 illik həbs cəzasından sonra vaxtından əvvəl azadlığa çıxıb.

B u barədə CNNbildirib.

“Başkəsən” ləqəbi almış Bruska 100-dən çox insanın, o cümlədən 14 yaşlı yeniyetmənin qətlə yetirilməsində iştirakını etiraf edib.

Mafioz 1996-cı ildə həbs olunmuşdu. O, azadlıqdan ömürlük məhrumetmə cəzasına məhkum olunmuşdu. Cinayətkar ömürlük həbsinin 26 ilini hakim Covanni Falkonenin həlak olması ilə nəticələnən bomba partlayışına görə almışdı. Ancaq mayın 31-də cinayətkara dördillik sınaq müddətini təyin edərək, həbsxanadan buraxıblar. Onun vaxtından əvvəl azad olunması istintaq orqanı ilə əməkdaşlıqla izah olunur.

Report

Share: