101 yaşlı qadın səsverməyə əlil arabasında gəldi

Türkiyədə prezident seçkilərinin ikinci turu davam edir.

 

Modern.az xəbər verir ki, səsvermə prosesində aktivlik müşahidə edilir.

 

Hatay şəhərində 101 yaşlı qadın vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqəsinə üz tutub. Fatma Soyer adlı yaşlı seçici məntəqəyə əlil arasında gəlib. 

 

“İnşallah, xeyirlisi olar, vətənimiz sağ olsun”,- deyə 101 yaşlı qadının əlil arasında səsverməyə gəlməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Mənbə

Share: