102 müəllim sertifikasiya imtahanına gəlmədi – YENİLƏNİB

102 müəllim sertifikasiya imtahanına gəlmədi – YENİLƏNİB
Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
Moderator.az xəbər verir ki, imtahanda dəvət edilmiş 4330 müəllimdən 4228 nəfər iştirak edib.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.
Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, bu gün keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.
Share: