
Niderlandda 102 uşağın bioloji atası məhkəməyə verilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, donor vasitəsilə ana olan qadın dünya üzrə yüzlərlə uşağın bioloji atası olduğu müəyyən edilən niderlandlı sperma donorunu məhkəməyə verib.
Ölkədə fəaliyyət göstərən Uşaq Donor Fondu və analar 41 yaşlı Conatan adlı şəxsin artıq donorluq etməsini istəmirlər.
Niderland qanunları şəxslərə maksimum 12 qadına donorluq etməyə və maksimum 25 uşaq atası olmağa icazə verir. Lakin Niderlandın Haaqa şəhərində yaşayan Conatanın qanuni maneələrə baxmayaraq 102 uşağın bioloji atası olduğu müəyyən edilib.
Conatanın özü isə hazırda müxtəlif ölkələrdə doğulan 550 uşağın bioloji atası olduğunu iddia edir.