
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar 11 036 Türkiyə vətəndaşı Azərbaycanda səs verə biləcək.
Modern.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyasından bildirilib.
Qeyd edilib ki, Türkiyə vətəndaşları Azərbaycanda 3 məntəqədə səs vermək imkanına sahib olacaqlar.