Ədirnədə yol kənarında baş verən yanğın görmə məsafəsini azaldıb. Magistral yolda hərəkət edən 12 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, Ədirnə-İstanbul TEM avtomobil yolunun Köseömer məntəqəsində naməlum səbəbdən yanğın baş verib. Küləyin təsiri ilə böyüyən yanğın yol kənarındakı ağaclara keçib.
Yanğının baş verdiyi ərazidə 8 minik, 3 yük maşını və 1 yük maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Ətrafdakıların məlumatlandırılmasından sonra bölgəyə çoxlu polis, jandarma və xilasetmə qrupları sövq edilib.
Qəzada avtomobildə olan 1 nəfər hadisə yerində ölüb, 36 nəfər yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən Ədirnə Dövlət Xəstəxanasına və Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Daha bir ağır yaralının xəstəxanada dünyasını dəyişdiyi öyrənilib.
(TRT Haber)
Edirne’de yol kenarlarındaki yangının oluşturduğu dumanın görüş mesafesini etkilemesi nedeniyle zincirleme kaza meydana geldi. TRT Haber ekibi, olay yerinden son durumu aktardı. pic.twitter.com/0O1i2iVU0l
— TRT Haber Canlı (@trthabercanli) September 10, 2023